Azərbaycanda satınalan təşkilat tərəfindən icra və (və ya) avans təminatının ödənilməsinin mümkünsüzlüyü müəyyən edilmiş qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin qayda və prosesinə dair hüquqi əsas formalaşdırılması təklif edilir.
Aftv.az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunub ki, dövlət xəzinədarlığı vasitəsilə büdcə təşkilatlarının xarici təchizatçılardan satın aldığı mal, iş və xidmətlərə görə yaranan kreditor borclarının ödənilməsi zamanı bir sıra qurumların satınalma müqavilələri üzrə xarici təchizatçılardan icra və (və ya) avans təminatı tələb olunur və bu təminatların təqdim edilmədiyi aşkar edilir.
İcra və (və ya) avans təminatının təqdim edilməməsi ilə bağlı "Dövlət satınalmaları haqqında" Qanunda hər hansı istisna olmadığından həmin sənədlərin təqdim edilməməsi xəzinədarlıq orqanları tərəfindən ödənişlərin edilməsini mümkünsüz edir və nəticə etibarilə müvafiq mal, iş və xidmət alışı baş tutmur.
Qeyd olunanlar nəzərə alınmaqla, layihə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında qeyri-rezident hüquqi və fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qəbul edilmiş qərar əsasında qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin müəyyən edilməsi təklif edilir.
Bununla da bir mənbədən satınalma metodunun tətbiq edildiyi və müvafiq qeyri-rezident hüquqi və ya fiziki şəxs olan təchizatçılar tərəfindən icra və ya avans təminatının təqdim edilməsi mümkünsüz olduğu hallarda büdcə təşkilatlarının həmin təchizatçılar qarşısında götürdüyü öhdəliklərin icra edilməsi ilə bağlı dövlət xəzinədarlığında yaranan müvafiq çətinliklər aradan qaldırılacaq.
Dövlət satınalmaları: Qeyri-rezidentlər üçün prosedurlar sadələşdirilir
İqtisadiyyat
30, iyn, 2026
17:30
Son xəbərlər
Qubada qaydaları pozan qazilər həbs edildilər
22, okt, 2026
19:14
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
22, okt, 2026
19:12
Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
22, okt, 2026
19:11
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb
22, okt, 2026
19:02
Amnistiyaya düşən kişi arvadını döydü
22, okt, 2026
19:00
"Real Madrid" "Qızıl top"la bağlı mövqeyini dəyişdi
22, okt, 2026
18:58
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22, okt, 2026
18:56
Kirayə mənzil mexanizmində dəyişiklik: Yeni şərtlər açıqlandı
21, okt, 2026
17:13
Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
21, okt, 2026
17:11
"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş
21, okt, 2026
17:06
Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var
20, okt, 2026
23:09
Messi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasında
20, okt, 2026
23:05
Bakıda iki nəfəri əqrəb sancdı
20, okt, 2026
23:01
"Fənərbağça" "Slaviya Praqa" ilə matçda qələbəni son dəqiqədə əldən verdi
20, okt, 2026
22:58
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
19, okt, 2026
23:31
Parisdə komendant saatı elan olundu
19, okt, 2026
23:27
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
19, okt, 2026
23:24
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub - Foto
19, okt, 2026
23:22
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna ödənişsiz avtobuslar ayrılacaq
19, okt, 2026
22:18
Navainin vəkili danışdı: "Təqsirini boynuna alıb-almamaq öz ixtiyarındadır"
19, okt, 2026
21:42
İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"
19, okt, 2026
21:37
Plastik tullantılardan peçenye hazırlanır?
19, okt, 2026
01:46
"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi
19, okt, 2026
01:41
Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
19, okt, 2026
01:37
Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
17, okt, 2026
19:34