Dünyanın qeyri-sabit ölkələrində nə də baş versə, bəsit sosial problemlərlə üzləşmirlər. Hətta üzləşsələr, bunu normal məntiqlə izah etmək mümkündür.
Misal üçün Suriyanı götürək. İndi ölkədə keçid hökuməti qurulacaq, ara qarışıb, məzhəb itib. Eyni zamanda, Ukraynanı qeyd edək: ölkənin bir hissəsi işğal altındadır, mütəmadi raket hücumları var, şəhərlər xarabalığa çevrilib. Şükür ki, bunların heç biri Azərbaycanda baş vermir. Sabitlikdir, terror, müharibə, anarxiya riski bizi gözləmir, güclü dövlət nəzarəti təşkil olunub. Amma o ölkələrdə bir damcı yağış yerə düşəndə heç bir fəlakət yaşanmır, bizdə isə az qala fövqəladə vəziyyət elan olunsun. Halbuki Suriya, Ukrayna müharibə ucbatından fəlakət içindədir, bizsə hər yağış yağanda biabırçılıqla üzbəüz qalırıq. Niyə? Çünki "Azərsu" ASC, ya da Dövlət Su Ehtiyatları Agentliyi başabəla qurumdur. Belə yerə deyərlər ki, Allah Dövlət Su Ehtiyatları Agentliyi kimi bir qurumu düşmənimə qismət eləsin! "Amin" deyən dillər əminik ki, çox olar. Ən azı Bakı və paytaxtın ətraf ərazilərində yaşayanlar əllərini göyə qaldırar. Çünki bu qurumun yarıtmaz, bivec, laqeyd münasibəti üzündən hər yağış yağanda əhali selin-suyun içində qalır. Nə Suriyada, nə Ukraynada, nə Əfqanıstanda belə rüsvayçılıq olmur. Artıq o həddə gəlib ki, insanlar yağış yağmaması üçün dua edirlər. Əgər konkret fakt, sübut lazımdırsa, gəlin ərazilər üzrə şikayətlərə diqqət yetirək:
Sosial mediada vətəndaşların çəkib paylaşdığı videolar var. Onlara baxanda buranın Azərbaycan olduğuna inana bilmirsən. Məsələn, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi. Rəhmətlik qəzəlxan yaşasaydı, onun adını daşıyan küçənin azca yağan yağışdan Baltik gölünə çevrilməsinə bir şeir guppuldadardı. Sakinlərin yaydığı görüntülərdən məlum olur ki, yağış suları küçəyə dolub, axıntı yoxdur, insanlar boğazlı çəkmələrlə gəzirlər. İlahi, hansı zəmanədir, neçənci əsrdir? İlon Mask sürücüsüz maşın ixtira edir, dünya yaşıl enerjiyə keçid strategiyası yürüdür, kosmosa raketlər yerləşdirilir, Dövlət Su Ehtiyatları Agentliyi isə paytaxtı və Abşeronu yağış sularına qərq edib. Görün nə dərəcədə yiyəsizlik, xidmətsizlikdir ki, sakinlərin müraciətinə baxılmır, insanlar az qala qayıqla hərəkət edirlər. Belə videolardan Masazırın bir çox küçələrində görmək olar: eyni mənzərə, eyni fəaliyyətsizlik. Ancaq siyahı bununla qurtarmır: Abşeronun Xırdalan şəhərinin Əli Vəliyev küçəsi də bərbad vəziyyətdədir. Agentliyin sədri Zaur Mikayılov isə bahalı avtomobili ilə bu küçələrdən keçmədiyi üçün onu əhalinin həyatı maraqlandırmır. Əslində isə birbaşa prezidentə qarşı sabotajdır. Görəsən, sosial şəraitin kövrək vaxtında narazılığı körükləmək Zaur Mikayılovu qorxutmurmu? Əgər dövlətlə vətəndaş arasında narazılıq yaranmasından narahat olmasaydı, bu problemlərə operativ reaksiya verərdi, üstəlik, qurumun piarını aparardı ki, bu işləri görüb vətəndaşları məmnun etdik. Ancaq onları qətiyyən maraqlandırmır ki, məsələn, Bakının Şağan kəndində, Badamdar qəsəbəsində, həmçinin, Pirallahı rayonunda yağış suları hansı fəlakətə səbəb olub. Vətəndaşlar qeyd edirlər ki, kanalizasiyalara su axmır, nasosla suları çəkmirlər, hər şeyi Allahın ümidinə buraxıblar. Nəticədə insanlar boğazlı çəkmədə gəzir, maşınlar suyun altında qalır, evləri, həyətləri su basır, insanlar çölə çıxa bilmirlər. Bütün bunlar aylardır deyilir, daha əvvəlki yağış tuneldə iki nəfərin həyatına son qoydu, yenə də dərs çıxarılmır. Ümumiyyətlə, yarım saat yağışlı hava kifayətdir ki, Bakının Qaraçuxur, Bakıxanov, Yeni Günəşli, Ramana, Biləcəri, Binəqədi və bir çox ərazilərində sel-su əlindən hərəkət iflic olsun. Sosial şəbəkələrdə yağış kimi dolub - daşan videoları izləyin: Sabunçunun Əfəndiyev küçəsindən tutmuş Hövsana qədər elə küçə, yol yoxdur ki, su altında qalmasın. Hətta Masazırda həyətlərdən birinin gölə çevrildiyini əks etdirən videoda danışan sakin sarkazmla bildirirdi ki, bu hadisələr eramızdan əvvəl olub, III Dara gəlib Yunanıstanı belə işğal edib. Yəni əhali hirsindən lağ edir, "Azərsu"nun rəzil fəaliyyətsizliyini məsxərəyə qoyur.
Doğurdan da sanki orta əsrlərdə yaşamaqdayıq. Qarşıdan 2025 gəlir və mətbuat daha bu məsələlər haqda yazmalı deyildi, arxaik problemlər olmalıydı. Dünya inkişaf edir, müasir texnologiyalar bir-birini əvəz edir, amma Zaur Mikayılovun rəhbərlik etdiyi struktur ölkəni hansısa Zimbabve, Mozambik səviyyəsinə endirib.
Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də buna səbəb kimi göstərilə bilər. Azərsu”ya 120 milyon dollarlıq yeni bina tikmək əvəzinə bu problemlərin həlli üçün kompleks işləri görmək haqda düşünmək lazımdır.(anaxeber.info)
Aftv.az
Azərbaycanın ən bivec qurumu - "Azərsu" rəhbəri Prezidentin projesini batırır...
İqtisadiyyat
10, dek, 2024
16:31
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30