İqlim maliyyəsi 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə olunacaq əsas məsələlərdən biridir.
“Report” xəbər verir ki, bu barədə “COP28-dən sonra: birləşmək, hərəkətə keçmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksək səviyyəli dəyirmi masada Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
“COP29-da bizim əsas vəzifələrimizdən biri maliyyələşdirmə mexanizmlərini inkişaf etdirmək olacaq. Ölkələrin, beynəlxalq təşkilatların və özəl sektorun səylərinin birləşdirilməsini tələb edən zərərin azaldılması, uyğunlaşdırılması və ödənilməsi üçün maliyyənin səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edəcək”, - o bildirib.
Y.Rəfiyev qeyd edib ki, yalnız inklüziv COP vasitəsilə düzgün yolu müəyyən etmək mümkün olacaq: “Bu bizim əsas prinsipimiz olacaq. Əməkdaşlığımız sayəsində iqlim və davamlılığa yönəlmiş gələcəyi təmin etmək üçün BƏƏ və Braziliya ilə əl-ələ verəcəyik”.
Nazir müavini Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji sektorunda mühüm rolunu vurğulayıb: “COP29 çərçivəsində biz qlobal enerji qaydaları və standartlarının yaradılmasında mühüm rol oynayan IEA ilə yaxından işləməyi səbirsizliklə gözləyirik. IEA həmçinin COP29-da öhdəliklərimizə və əldə edilmiş tərəqqiyə nəzarət edərək tərəflərin mühüm tədqiqat və fəaliyyətini dəstəkləyərək bu prosesdə mühüm rol oynamağa davam edəcək”.
Aftv.az
Yalçın Rəfiyev: “Maliyyələşdirmə COP29-da əsas məsələlərdən biri olacaq”
İqtisadiyyat
20, fev, 2024
18:07
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30