Mikayıl Cabbarov: "Son beş ildə özəl qeyri-neft sektorunda əmək müqavilələrinin sayı 79% artıb"

İqtisadiyyat
5, avq, 2024 13:48

"Son beş ildə Azərbaycanın qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb".
Aftv.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, 426 min yeni əmək müqaviləsi deməkdir.
"Əmək bazarında keyfiyyət dəyişikliyi iqtisadi artım, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviqəsaslı vergi siyasətinin nəticəsidir", - deyə nazir əlavə edib.

Son xəbərlər