“Mahal” MTK evimizi uçurur. Sumqayıt şəhəri, Nizami küçəsindəki sakinlərin çoxu razılaşsa da, əksəriyyət bunu istəmir. Onların verdiyi kompensasiya ilə buralardan ev almaq mümkün deyil”.
Bu sözləri “Qafqazinfo”ya müraciətində Sumqayıt şəhər sakini Ramin Əliyev bildirib.
O, şirkət tərəfindən evlərinin sökülməsindən narazıdır: “Şirkətin rəhbəri məni hədələyir. Deyir razılaşmasan, evdən çıxmasan, sənə başqa cür təzyiq göstərəcəyik. Evimin hazırkı dəyəri çox qalxıb. Onların vediyi kompensasiya maksimum 140 mindir. Halbuki, biz o məbləğə ancaq çox kənardan ev ala bilərik. Onların verdiyi məbləğ 2 il öncə üçün yaxşı idi. Kimsə pul qazanacaq deyə biz özümüzə orada-burada yer axtarmalı olacağıq. Mən özüm paralimpiyaçıyam, proses çətindir, xəstə halımla bu problem mənə lazım deyil. “Mahal” MTK bizi çox incidir”.
Vətəndaş düşünür ki, Sumqayıtda evlərin bahalaşması bu cür söküntü işləri aparan şirkətlər gəldikdən sonra olub.
Məsələ ilə bağlı “Mahal” MTK ilə əlaqə saxladıq. Şirkətdən saytımıza verilən cavab isə bu oldu: “Orada kiməsə təzyiq göstərilməsi əsassızdır. Sakinlər şirkətdən qlobal rəqəmlər tələb edirlər. Mənzillərinə verilən qiymətlərlə razılaşmırlar və adətən məsələyə “fürsət” gözü ilə baxırlar”.
Sakinlərlə MTK-lar arasında yaranmış bu problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan vətındaşların şikayəti ilə bağlı suala belə münasibət bildirilib: “Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə görüş keçirilib, sakinlərin müraciətləri dinlənilib və MTK rəhbərliyinə konkret tapşırılar verilib. Bu tapşırıqlar sakinlərin hüquqlarının qorunmasını və onların razılığının təmin edilməsini nəzərdə tutur”.(Qafqazinfo)
Aftv.az
"“Mahal” MTK evimizi uçurur..." - Azərbaycanı lap Hindistana döndəriblər...
İqtisadiyyat
8, iyl, 2024
11:15
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30