İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədəki daşıma şirkətlərinə təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi barədə göstəriş verib.
Aftv.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, qurumda xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə iştirakçılara istehlakçılardan daxil olmuş müraciətlər, mediada yayılmış məlumatlar əsasında Dövlət Xidmətinin apardığı araşdırmaların nəticələri barədə məlumat verilib. Bildirilib ki, istehlakçıların hüquqlarının pozulması halları daha çox bağlamaların öncədən bəyan edilən müddətdə və düzgün çatdırılmaması, daşıma tariflərinin qanunvericiliyin tələblərinə uyğun göstərilməməsi, o cümlədən sifariş verilən məhsulların qüsurlu çatdırılması ilə bağlı olub. Vurğulanıb ki, müraciətlər arasında hesablanmış daşıma haqqının şirkətin tətbiq etdiyi tariflərə uyğun olmaması, çatdırılması həyata keçirilməyən və ya şirkətin itirilmiş bağlamaların dəyərinin geri qaytarmamasına dair hallara rast gəlinib.
Tədbirdə təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi, daşıma tarifləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verilməsi və fəaliyyətləri zamanı istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsinin zərurilyi sahibkarların diqqətinə çatdırılıb. Maarifləndirici görüşdə sahibkarların öhdəlikləri diqqətə çatdırılıb, müvafiq sahədə qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilərək, onların sualları cavablandırılıb və fəaliyyətlərində nöqsanların aradan qaldırılması tövsiyə edilib. Bundan əlavə, istehlakçıyönümlü davranış sərgiləməklə xidmətalma mühitinin formalaşdırılması və müştəri məmnuniyyətinin təmin olunmasının vacibliyi qeyd olunub.
Bildirilib ki, Dövlət Xidmətinin istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirdiyi tənzimləyici tədbirlər norma və qaydalara riayət olunmasına, mal, iş və xidmətlərin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasına hədəflənib.
Sonda istehlakçıların mənafelərinin qorunması istiqamətində sahibkarların rolunun artırılması, bu sahədə cari vəziyyət və qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Azərbaycanda daşıma şirkətlərinə GÖSTƏRİŞ VERİLDİ
İqtisadiyyat
1, iyl, 2024
16:14
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30