Mikayıl Cabbarov Peter Siyarto ilə iki ölkə arasında iqtisadi əlaqələri müzakirə edib

İqtisadiyyat
5, iyn, 2024 19:10

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığımızın təşviqi barədə fikirlərimizi bölüşdük".
Aftv.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında yazıb.
"Macarıstanın MVM şirkətinin Şahdəniz layihəsində pay alışı ilə bağlı imzalanan sənəd ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək", - deyə nazir əlavə edib.

Son xəbərlər