“Azərbaycanda dörd mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanda cəlbedici investisiya mühiti formalaşıb və xarici investorların maraqları, buraya qoyulan vəsait dövlət tərəfindən qorunur:
“Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları sərmayə qoyulub, bunun 200 milyard ABŞ dolları qeri-neft sektorunun payına düşür. Bu, Azərbaycanda olan münbit sərmayə iqlimin nəticəsidir. Türkiyə şirkətləri də bundan istifadə edir. Belə ki, Azərbaycanda dörd mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir”.
O qeyd edib ki, hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində Türkiyə şirkətləri də yaxından iştirak edir:
“20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri dörd milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, Türkiyədə Azərbaycan şirkətləri müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadiyyatına öz töhfəsini verib”.
Baş nazir vurğulayıb ki, iki ölkə arasında qarşılıqlı investisiyanın həcmi artmaqda davam edir:
“Türkiyə indiyədək Azərbaycana 16 milyard ABŞ dollardan artıq sərmayə yatırıb. Azərbaycanın qoyduğu sərmayənin həcmi isə 20 milyard ABŞ dollarından artıqdır”.
Aftv.az
Baş nazir: “Türkiyə şirkətləri Qarabağda dörd milyard ABŞ dolları dəyərində olan layihələr icra edirlər”
İqtisadiyyat
8, may, 2024
20:25
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30