COP29-un maliyyələşdirilməsi üçün Azərbaycan müxtəlif ölkələrlə danışıqlar aparır

İqtisadiyyat
15, apr, 2024 13:16

“COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür”.
Aftv.az-ın məlumatına əsasən, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29 Azərbaycan sədrliyinin mətbuat konfransında deyib.
Muxtar Babayev Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürdüyünü xatırladıb.
“Azərbaycanın COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdiriləcək”, - deyə o əlavə edib.
Muxtar Babayev qeyd edib ki, COP29-un maliyyələşdirilməsi üçün Azərbaycan müxtəlif ölkələrlə danışıqlar aparır.

Son xəbərlər

Sabah arabir yağış yağacaq
20, dek, 2024 14:23