Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanı MDB-nin tədbirində təmsil edir - FOTO

İqtisadiyyat
29, mar, 2024 17:27

Bu gün Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin İqtisadi Şurasının növbəti, 101-ci iclası keçirilir.
Azərbaycanı tədbirdə baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.
Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.
İki gün davam edəcək tədbir “Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq təşkilatı məkanında dialoqdan birgə layihələrə” adlanır.
İqtisadi Şurasının növbəti iclası iyunun 21-də Moskvada keçiriləcək.
Aftv.az

Son xəbərlər