“Azərbaycan investorlarla əməkdaşlığa açıqdır və ənənəvi enerji istehsalçısı kimi ölkədə bərpa olunan enerji layihələrinə sərmayə qoyan beynəlxalq enerji şirkətləri və milli liderlərdən ibarət yaxşı qrup formalaşıb”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.
“Mülayim enerji keçidini təmin etmək üçün həm institusional, həm də iqtisadi siyasət və infrastrukturun inkişafı baxımından sistemli şəkildə sərmayə qoyuruq. Bu gün biz 2030-cu ilə qədər bərpa olunan mənbələrdən enerji tələbatının 30%-ni qarşılamaq hədəfimizdən xeyli irəlidəyik.
Buna görə də təsadüfi deyil ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi ölkəsi kimi yekdilliklə seçilib. Biz bu məsələyə tam məsuliyyətlə yanaşır və bu prosesə öz töhfəmizi vermək üçün ciddi çalışırıq.
Azərbaycan COP29-a sədrlik etməkdən şərəf duyur və məqsədimiz bu il diqqəti iqlimin maliyyələşdirilməsi mövzusuna yönəltmək olacaq. Biz yeni təşəbbüslərə töhfə vermək üçün maraqlı tərəflərlə əl-ələ verib işləməyə çalışırıq və COP29 maraqlı təcrübələri vəd edir. İstərdim ki, ölkələr verdiklərə sözlərə əməl etsinlər və COP29-da real addımlar atmağı öhdələrinə götürsünlər”, - nazir bildirib.
Enerji keçidi və bərpa olunan enerjinin istehsalından danışan M.Cabbarov xatırladıb ki, hazırda Azərbaycan həm neft, həm də təbii qaz kimi qalıq yanacaqların Avropaya tədarükçüsü olmaqda davam edir, lakin ölkənin eyni zamanda məqsədi Avropa İttifaqına yaşıl enerji ixrac etmək olan layihəni həyata keçirməyi planlaşdırması da tamamilə təbiidir.
“Bu, Azərbaycanın Gürcüstan, Bolqarıstan, Rumıniya, eləcə də Macarıstanla birgə təşəbbüsü ilə həyata keçirilən regional layihədir. Bu layihə Azərbaycanda külək və günəş enerjisinin istehsalını və onun Qara dəniz vasitəsilə Avropa bazarlarına nəqlini nəzərdə tutur”, - nazir bildirib.
Xatırladaq ki, yaşıl enerjinin istehsalı və çatdırılması sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçıları tərəfindən imzalanıb. Enerji körpüsü Azərbaycanın Ağstafa rayonunda hasil ediləcək yaşıl elektrik enerjisini Gürcüstan (Kulevi limanı) və Qara dəniz vasitəsilə Rumıniyaya (Konstansa limanı) çatdırmaq və sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün layihələndiriləcək.
Azərbaycan ilkin mərhələdə Qara dəniz vasitəsilə Avropaya 4 GVt yaşıl enerji ixrac etməyi planlaşdırır.
Azərbaycanda təkcə quruda külək və günəş enerjisinin potensialı 27 GVt təşkil edir, işğaldan azad edilmiş ərazilərin potensialı isə 10 GVt-dır. Xəzər dənizinin Azərbaycan sektoru 157 GVt külək enerjisi potensialına malikdir. Ölkənin ümumi quraşdırılmış elektrik enerjisi gücündə bərpa olunan enerjinin payının 2027-ci ilədək 33%-ə çatdırılması planlaşdırılır.
Aftv.az
Mikayıl Cabbarov: “Azərbaycan investorlarla əməkdaşlığa açıqdır”
İqtisadiyyat
26, mar, 2024
19:39
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30