Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

İdman
15, mar, 2024 17:27

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Aftv.az  xəbər verir ki, o, batut gimnastikası üzrə yarışın qızıl medalını qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi Niderlanda dörd gimnastla yollanıb. Dörd gün davam edən yarışda Selcan Mahsudova ilə yanaşı Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparıblar.

Son xəbərlər

Sabah arabir yağış yağacaq
20, dek, 2024 14:23