PSJ-dən "Barselona"nın futbolçusuna 200 milyonluq təklif - Laporta qərarını verdi

İdman
11, mar, 2024 18:01

PSJ “Barselona”nın futbolçusu Lamine Yamal üçün 200 milyon avro təklif edib.
Aftv.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat verib. Xəbərdə qeyd edilib ki, menecer Jorge Mendes PSJ-nin təklifi barədə "Barselona"nın prezidenti Joan Laportaya məlumat verib. Məlumata görə, iqtisadi çətinliklərə baxmayaraq, “Barselona” gənc istedadını satmağı qətiyyən düşünmür.
Bildirilir ki, Kataloniya nəhəngi Lamine Yamalı Lionel Messidən sonra klubun ən yaxşı oyunçusu hesab edir.

Son xəbərlər

Sabah arabir yağış yağacaq
20, dek, 2024 14:23