Azərbaycan boksçusu İtaliyada 1/8 finala yüksəldi

İdman
7, mar, 2024 11:41

Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.
Federasiyadan Aftv.az-a verilən məlumata görə, ikiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.
Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.
Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdəki ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda olimpiadaya vəsiqə əldə edəcək.

Son xəbərlər

Sabah arabir yağış yağacaq
20, dek, 2024 14:23