Azərbaycanın beş cüdoçusu Qran-pri turnirində iştirak edəcək

İdman
6, mar, 2024 16:28

Azərbaycanın beş cüdoçusu Avstriyanın Linz şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək.
Aftv.az xəbər verir ki, onlardan üçü qadın, ikisi kişi idmançı olacaq.
Martın 8-də startı veriləcək yarışda Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq), Rəşid Məmmədəliyev (73 kq) və Camal Qamzatxanov (+100 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.
Martın 10-dək baş tutacaq Qran-pridə kollektivə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, turnirdə 82 ölkədən 568 idmançı iştirak edəcək.

Son xəbərlər

Sabah arabir yağış yağacaq
20, dek, 2024 14:23