“Bayer 04” klubunun Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq

İdman
5, mar, 2024 16:36

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer 04” klubunun Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq.
Bu barədə “Qarabağ” klubunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Leverkuzen klubunun baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı martın 6-da, Bakı vaxtı ilə saat 12:00 radələrində onlayn formatda keçiriləcək. Axşam radələrində Bakıya çatacaq Almaniya təmsilçisi birbaşa hotelə yollanacaq və mətbuat nümayəndələri üçün nəzərdə tutulan açıq məşqə də çıxmayacaq.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.
Aftv.az 

Son xəbərlər