“Formula-1” Bəhreyn Qran Prisinin kvalifikasiyasının qalibi bəlli oldu

İdman
2, mar, 2024 11:00

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” avtomobil yarışları üzrə dünya çempionatının birinci mərhələsi olan Bəhreyn Qran Prisinin kvalifikasiyasını qazanıb.
Qeyd olunur ki, yarışlar Saxir avtodromunda keçirilir.
Ferstappen ən yaxşı dövrəni 1 dəqiqə 29,179 saniyəyə qət edib. İkinci yeri “Ferrari”dən olan moneqask Şarl Lekler (geridə qalma - 0,228 saniyə) tutub. İlk üçlüyü “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel (+0,306) tamamlayıb.
Xatırladaq ki, yarış şənbə günü, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə: TASS

Son xəbərlər