AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Aftv.az xəbər verir ki, assosiasiyanın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev FIFA-nın qərarına əsasən, Azərbaycana həvalə edilən 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında bu il keçiriləcək ilk dünya çempionatı və festival barədə ümumi məlumat verib.
Ardınca ölkə futbolunda 2025/2026-cı illər mövsümünün yekunları müzakirə olunub. İcraiyyə Komitəsinin üzvləri mövsüm ərzində təşkilatçılıq, yarışların keyfiyyəti və ümumi inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.
İclas çərçivəsində AFFA-nın yeni texniki direktoru Edmond Klaus təqdim olunub. Qeyd olunub ki, o, gənclərin inkişafı, akademiya quruculuğu və idarəetməsi, təhsil və metodologiya, həmçinin skautinq sahəsində geniş təcrübəyə malikdir. Xüsusilə "Ayaks" akademiyasındakı fəaliyyətinin, həmçinin Niderland və Çində müxtəlif yaş qrupları üzrə milli komandalardakı təcrübəsinin Azərbaycandakı işinə mühüm töhfə verəcəyi vurğulanıb.
AFFA baş katibinin müavini Elçin Məmmədov yeni yaradılmış Futbol İnkişaf Departamentinin fəaliyyəti və 5 ulduz modeli üzrə akademiyaların sertifikatlaşdırma qaydaları ilə bağlı məlumat verib. Növbəti mövsümdən etibarən tətbiq olunacaq qaydalar ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra baş katib Cahangir Fərəcullayev Azərbaycan Premyer Liqası klublarına qrant müqaviləsi əsasında uşaq və yeniyetmə futbolunun inkişafı üçün ayrılan maliyyə yardımından istifadə qaydaları və nəzarət mexanizmi barədə yeni yanaşma barədə məlumat verib. Səsverməyə qoyulan məsələ İcraiyyə Komitəsi tərəfindən qəbul edilib.
İclasda, həmçinin "Elit Məşq" layihəsi üçün təklif olunan yeni format müzakirə olunub. İcraiyyə Komitəsinin üzvlərinin qeydləri əsasında, layihənin təkmilləşdirilməsi ilə bağlı tapşırıq verilib.









Niderlandlı mütəxəssis AFFA-da vəzifəyə təyin edildi
İdman
29, iyn, 2026
20:00
Son xəbərlər
Qubada qaydaları pozan qazilər həbs edildilər
22, okt, 2026
19:14
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
22, okt, 2026
19:12
Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
22, okt, 2026
19:11
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb
22, okt, 2026
19:02
Amnistiyaya düşən kişi arvadını döydü
22, okt, 2026
19:00
"Real Madrid" "Qızıl top"la bağlı mövqeyini dəyişdi
22, okt, 2026
18:58
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22, okt, 2026
18:56
Kirayə mənzil mexanizmində dəyişiklik: Yeni şərtlər açıqlandı
21, okt, 2026
17:13
Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
21, okt, 2026
17:11
"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş
21, okt, 2026
17:06
Naxçıvanda ağır qəza: Azyaşlı həlak oldu, çox sayda yaralı var
20, okt, 2026
23:09
Messi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasında
20, okt, 2026
23:05
Bakıda iki nəfəri əqrəb sancdı
20, okt, 2026
23:01
"Fənərbağça" "Slaviya Praqa" ilə matçda qələbəni son dəqiqədə əldən verdi
20, okt, 2026
22:58
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
19, okt, 2026
23:31
Parisdə komendant saatı elan olundu
19, okt, 2026
23:27
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
19, okt, 2026
23:24
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub - Foto
19, okt, 2026
23:22
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna ödənişsiz avtobuslar ayrılacaq
19, okt, 2026
22:18
Navainin vəkili danışdı: "Təqsirini boynuna alıb-almamaq öz ixtiyarındadır"
19, okt, 2026
21:42
İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"
19, okt, 2026
21:37
Plastik tullantılardan peçenye hazırlanır?
19, okt, 2026
01:46
"Real" Mbappenin dublu sayəsində "Sevilya"nı darmadağın etdi
19, okt, 2026
01:41
Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
19, okt, 2026
01:37
Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
17, okt, 2026
19:34