“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə 4:2 qələbə qazandığı “Braqa”ya Bakıda 2:3 uduzmasına rəğmən turnirdə növbəti mərhələyə vəsiqə qazanmağı bacardı.
Görüşdən sonra turu gətirən qolun müəllifi Nəriman Axundzadə Sportinfo.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Dramatik oyun qələbəyə bərabər məğlubiyyətlə bitdi. Nələr deyə bilərsən?
- Çox maraqlı oyun oldu. Komandamız xarakter göstərdi. Sona qədər mübarizə apardıq və yekunda istədiyimizə nail olduq.
- Növbəti rəqib barədə nə düşünürsən? Arzuladığın hansısa komanda varmı?
- İnşallah, növbəti mərhələyə də ciddi hazırlaşacağıq. Rəqibin fərqi yoxdur. Hər bir rəqibə qarşı ciddi hazırlaşıb meydana çıxacağıq.
- “Qarabağ”ın ən yeni tarixi sənin vurduğun qolla yazıldı.
- Qismət belə imiş.
- Meydana daxil olanda qol vura biləcəyinlə bağlı bir hissin vardımı?
- Açığı, qol vuracağımı sanki hiss edirdim.
- Əvəzetmədən öncə Qurban Qurbanovdan hansı sözləri eşidib oyuna qoşuldun?
- Sadəcə oyunla bağlı tapşırıqlar verdi.
- Bəs ilk oyundan sonra sənə nələr demişdi?
- Qaçırdığım qol imkanına görə demişdi ki, “Qismət deyilmiş. Möhkəm ol, hər şey yaxşı olacaq”.
- Bugünkü uğuruna görə kimə minnətdarsan?
- Əlbəttə, Qurban Qurbanova. O, mənə güvənərək meydana buraxdı. Səfər görüşündə fürsəti əldən vermişdim, amma bu gün fərqləndim. Demək ki, qismət belə imiş. Qurban müəllim sağ olsun, oynamağıma imkan yaradır.
- İlk matçda qaçırdığın qol imkanına görə çox tənqid olunmuşdun. Bu gün isə vurduğun qolla qəhrəman oldun. Maraqlıdır, arxada qalan bir həftə sənin üçün necə keçdi?
- Arxada qalan bir həftə ərzində məşqlərdə, hər axşam yatanda həmin epizod gözümün önünə gəlirdi. Şükürlər olsun Allaha bu gün hər şey yaxşı oldu. 60 dəqiqədən çox azlıqda qaldıq. Lakin xarakter göstərib mərhələ keçən tərəf olduq.
- Braqadakı görüşdən sonra baş məşqçi bildirmişdi ki, həmin epizod Nərimanın böyüməsinə kömək edəcək. Bu gün də “Braqa”nın qapısına yol tapdın. Futbolçu olaraq görməyi arzuladığımız böyük Nərimanın yolu bu qolla start götürə bilərmi?
- Daha çox işləmək lazımdır.
Aftv.az
Azərbaycan xalqına nəfəs verən qolun müəllifi: “Qurban Qurbanov mənə güvəndi” - MÜSAHİBƏ
İdman
23, fev, 2024
11:13
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30