“Real Madrid”in əfsanəvi nömrəsi 17 yaşlı yeni futbolçuya verilib

İdman
21, fev, 2024 17:36

İyulun 17-də 18 yaşı tamam olacaq braziliyalı forvard Endrikə “Real Madrid”də əvvəllər Kərim Benzema və Alfredo Di Stefano kimi əfsanələrinin geyindiyi doqquzuncu nömrə veriləcək.
Qeyd edək ki, İspan qrandı Endrikin transferini 2022-ci ilin dekabrında, oyunçunun 15 yaşı olanda təşkil etmişdi. Lakin hücumçu yalnız 18 yaşı tamam olanda, yəni 2023/24 mövsümünün sonunda “Real Madrid”ə keçə biləcək.
Müqavilənin müddəti 2027-ci ilə qədərdir. Transfer dəyəri 35 milyon avro təşkil edib.
Mənbə: marca.com
Aftv.az

Son xəbərlər