Rusiyada federasiya prezidenti azadlıqdan məhrum edildi

İdman
26, dek, 2024 21:05

Rusiya Su Polosu Federasiyasının sabiq prezidenti Aleksey Vlasenko 7 il müddətinə azadlıqdan məhrum edilib.
Aftv.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Olimpiya Komitəsi prezidentinin keçmiş müşaviri 450 milyon rubl məbləğində dələduzluqda təqsirli bilinib.
O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Qeyd edək ki, Aleksey Vlasenko 2013-cü ildə törətdiyi əməllərə görə həbs olunub.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30