"Beşiktaş" - "Makkabi Təl-Əviv" görüşünün keçirilə biləcəyi ölkələr açıqlanıb

İdman
11, noy, 2024 18:51

"Beşiktaş"ın vitse-prezidenti Mete Vardar Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Makkabi"yə (Təl-Əviv, İsrail) qarşı keçirəcəkləri matç haqqında danışıb.
Aftv.az xəbər verir ki, sözügedən matçın keçiriləcəyi yerin ən geci sabaha qədər məlum olacağını deyən M.Vardar görüşə azarkeşlərin buraxılması üçün cəhdlərinin davam etdiyini bildirib:
"Matçın keçiriləcəyi yer ən geci sabah dəqiqləşəcək. Oyun Macarıstanda və ya Almaniyada oynanılacaq. Oyuna azarkeşlərin buraxılacağı və ya buraxılmayacağı məsələsi də müzakirə olunacaq. Bununla bağlı müraciətlər etmişik".
Qeyd edək ki, İstanbulda keçirilməli olan "Beşiktaş" - "Makkabi Təl-Əviv" matçının yeri noyabrın 4-də dəyişdirilib. Belə bir qərarın Türkiyə hökuməti tərəfindən təhlükəsizlik səbəbindən verildiyi qeyd olunub. Qarşılaşma noyabrın 28-də oynanılacaq.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30