Paris-2024: Sabah Şəriətinin rəqibi bəlli olub

İdman
6, avq, 2024 19:44

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
Aftv.az xəbər verir ki, bu gün ilk üç medal dəsti sahibini tapacaq.
Azərbaycan idmançısı Sabah Şəriəti də mükafat uğrunda mübarizə aparacaq. Olimpiadanın təsəlliverici görüşləri Bakı vaxtı ilə 13:00-da başlayıb, medal qarşılaşmaları 21:30-da start götürəcək.
Yunan-Roma güləşi
130 kq
Rio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxacaq. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq "klassik"imizin rəqibi Amin Mirzəzadə (İran) olacaq.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.

Son xəbərlər