Paris-2024: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq VİDEO

İdman
6, avq, 2024 12:56

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Aftv.az  xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində yer alan idmançı kubalı Mixain Lopes Nunyeslə üz-üzə gəlib.
Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.
Qeyd edək ki, təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Son xəbərlər