Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi növbəti dəfə məğlub olub

İdman
2, avq, 2024 12:46

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Report" xəbər verir ki, yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib.
Görüş komandamızın 12:21 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəliblər.
Aftv.az

Son xəbərlər