Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb

İdman
30, iyl, 2024 18:06

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Fransa təmsilçisi Umar Alfa Djalo ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Tçkayev yarışla vidalaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Aftv.az 

Son xəbərlər