Misirli qılıncoynadan 2024-cü il Olimpiadasında yeddiaylıq hamilə ikən çıxış edib

İdman
30, iyl, 2024 18:04

Misirli qılıncoynadan xanım Nada Hafez yeddiaylıq hamilə ikən Paris-2024 Olimpiadasında iştirak edib.
Aftv.az  "Championat"a istinadən xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədə məlumat verib.
"Əslində, meydançada üçümüz idik! Mən, mənim hələ dünyaya gəlməmiş övladım və rəqibim! Mənim və övladımın həm fiziki, həm də emosional olaraq az çətinliyimiz olmayıb", - deyə idmançı sosial şəbəkədə yazıb.
İdmançı 1/8 finala yüksəlməyi bacarıb. Orada Hafez koreyalı rəqibi Çunq Hayunqa 7:15 hesabı ilə uduzub.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Sabah arabir yağış yağacaq
20, dek, 2024 14:23