Lukas Vaskes "Real Madrid"də qalacaq

İdman
18, iyl, 2024 17:27

İspaniyalı müdafiəçi Lukas Vaskes "Real Madrid" klubu ilə müqavilə müddətini uzadıb.
Məlumata görə, tərəflər arasında danışıqlar müsbət nəticə ilə yekunlaşıb.
Belə ki, "Real Madrid" klubu Lukas Vaskeslə birillik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Lukas Vaskes 2007-ci ildə "Real Madrid" klubunun 17 yaşlılardan ibarət komandasında çıxış edib. O, daha sonra "Kastilya" və "Espanyol"un şərəfini qoruyub, yekunda 2015-ci ildə yenidən "Kral" klubuna geri qayıdıb.
Mənbə: Marca.com
Aftv.az 

Son xəbərlər