Azərbaycanlı qadın mütəxəssis UEFA-dan növbəti təyinat alıb

İdman
8, iyl, 2024 13:00

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Aftv.az xəbər verir ki, Zümrüd Ağayeva qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupunda keçiriləcək Qazaxıstan - Rumıniya oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, iyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər