Parataekvandoçumuz beynəxlaq turnirdə qızıl medalın sahibi olub

İdman
5, iyl, 2024 15:51

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində qızıl medal qazanıb.
Aftv.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan 18 yaşlı idmançı finalda özbəkistanlı rəqibini məğlub edib.
O, daha öncə 1/4 finalda braziliyalı rəqibini məğlub edib.
Qeyd edək ki, S.Zeynalov Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Son xəbərlər