AFFA Xəqani Məmmədovu cəzalandırdı

İdman
20, iyn, 2024 14:20

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Aftv.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının Mətbuat Xidməti açıqlayıb.
Toplantıda Premyer Liqada son klubu "Araz-Naxçıvan" olan Xaqani Məmmədovla bağlı məsələ müzakirə olunub. 48 yaşlı məşqçi "Oyunların toxunulmazlığı" Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb.
Qeyd edək ki, X.Məmmədov ötən mövsüm əvvəl "Qəbələ"də, sonra "Araz-Naxçıvan"da çalışıb.

Son xəbərlər