"Sabah" və "Sumqayıt"ın UEFA Konfrans Liqasındakı rəqibləri bəlli olur

İdman
19, iyn, 2024 12:55

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bu gün bəlli olacaq.
Aftv.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizin rəqibləri İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.
Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, UEFA-nın təlimatına əsasən, Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30