AVRO 2024: Türkiyə - Gürcüstan matçı başladı - VİDEO

İdman
18, iyn, 2024 21:20

Futbol üzrə 2024-cü il Avropa Çempionatının F qrupu çərçivəsində Türkiyə və Gürcüstan yığmaları arasında görüş başlayıb.
Aftv.az-ın məlumatına görə, qarşılaşma Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda keçirilir. Oyunu Fakundo Tellonun rəhbərlik etdiyi Argentinadan olan hakimlər briqadası idarə edirlər.
Qeyd edək ki, komandalar əvvəllər beş dəfə üz-üzə gəliblər. Türkiyə yığması üç, Gürcüstan millisi isə bir dəfə qalib gəlib. Daha bir görüş heç-heçə başa çatıb.
Xatırladaq ki, F qrupunda Portuqaliya və Çexiya da yer alıb.

Son xəbərlər