Bu gündən etibarən bütün Avropanın diqqəti Almaniyada keçiriləcək AVRO-2024-ə yönələcək. Qitə çempionatını səbirsizliklə gözləyən azarkeşlər, həmçinin futbol mütəxəssisləri yarış öncəsi öz favoritlərini müəyyənləşdiriblər.
Azərbaycanlı futbol mütəxəssisləri Aftv.az-a öz favoritlərini və azarkeşlik edəcəkləri milliləri açıqlayıblar.
Veteran futbolçu, azərbaycanlı futbol mütəxəssisi Ağasəlim Mircavadov AVRO-2024-də İngiltərə millisinə azarkeşlik edəcəyini bildirib:
"İngiltərə millisi AVRO-2024-ün ən güclü komandası sayılır. İngiltərə milli komandasında Avropa klublarında çıxış edən gənc və ulduz futbolçular çıxış edirlər. İstər Premyer Liqada, istərsə də digər liqalarda güclü baş məşqçilərlə birlikdə çalışırlar. Məhz bu səbəbdən İngiltərə millisinin çempion olacağını düşünürəm. Gürcüstan və Türkiyə millilərindən isə uğurlu nəticə gözləyirəm. Tarixində ilk dəfə vəsiqə qazanan Gürcüstan seçməsinin qrup mərhələsini adlayacağına inanıram. Əslində, onlar daha öncə Avropa çempionatına qatılmalı idilər, amma yenə də uğurlu nəticədir. Türkiyə millisi isə çox istəkli olduğu üçün qrupdan çıxa bilər".
"Zirə" klubunda məşqçi kimi çalışan Vaqif Paşayev AVRO-2024-də İspaniya və Portuqaliya millilərinə azarkeşlik edəcəyini deyib.
"Mənim üçün vacib olan gözəl futbol izləməkdir. Qələbə qazanmaq da əsas tələblərdən biridir, amma gözəl futbol oynamaq, bu oyunu hiss etmək daha vacibdir. İspaniya, Portuqaliya və Braziliya milliləri bunu çox gözəl bacarırlar. Açığı mən Braziliya millisinin azarkeşi olsam da, onlar Avropa çempionatında çıxış etmirlər. Bu səbəbdən də onların futboluna ən yaxın olan Portuqaliya və İspaniya millilərinə azarkeşlik edirəm. Ümid edirəm ki, builki çempion gözəl futbol nümayiş etdirən komanda olar. Gürcüstan millisinin isə AVRO-2024-də çıxış etməsi çox sevindirici haldır. Keçmişdə Azərbaycanda futbol azarkeşləri gürcüstanlı futbolçu gələndə həvəslə qarşılayardılar. Dünyanın hər bir yerində gürcüstanlıların futboluna "Qafqaz futbolu" deyərdilər. Gürcülər daha əvvəl Avropa çempionatına qatılmalı idilər. Çox istəyərdim ki, elə çempion da onlar olsunlar, amma real yanaşsaq bu, çətin məsələdir. Türkiyə millisində isə Arda Güler çox ümid vəd edən futbolçudur. Gənc, perspektivli futbolçunun milli komandaya müsbət təsir edəcəyini düşünürəm".
"Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev AVRO-2024 favorit olaraq seçdiyi komandanın adını açıqlayıb:
"Mənim favorit olaraq gördüyüm Portuqaliya və Fransa milliləridir. İstər heyət, istərsə də oyun baxımından güclü komandalardır. Türkiyə və Gürcüstan seçmələrinin isə elə də yaxşı nailiyyət əldə edəcəklərini gözləmirəm.
"Sumqayıt" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov da favorit olaraq seçdiyi komandaların adına aydınlıq gətirib:
"Favorit olaraq gördüyüm iki komanda var. Bunlar İtaliya və İngiltərə seçmə komandalarıdır. İngiltərənin çempion olacağını düşünürəm. Əminliklə deyə bilərəm ki, azərbaycanlı futbol sevələr bu AVRO-2024-ə ən çox Gürcüstan və Türkiyə millilərinin oyunları üçün baxacaqlar. Bir tərəfdə qardaş ölkə Türkiyə, digər tərəfdə qonşumuz Gürcüstan seçməsi mübarizə aparacaq. Hər ikisi eyni qrupda mübarizə aparırlar. Düşünürəm ki, uğurlu nəticəyə imza atacaqlar".
Azərbaycanın İkinci Liqasında mübarizə aparan "Cəbrayıl" komandasının baş məşqçisi, keçmiş futbolçu Cavid Hüseynov isə Fransa millisini favorit hesab edir:
"Uzun illərdir uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Fransa millisini AVRO-2024-ün favoriti olaraq görürəm. Amma daha çox F qrupunun görüşlərini izləyəcəyəm. Türkiyə millisindən gözləntim yoxdur. Gürcüstan seçməsi isə əsil komanda oyunu nümayiş etdirir. Futbolda hər şey ola bilər, məncə, Portuqaliya millisinin favorit olduğu qrupdan yalnız Gürcüstan seçmə komandası çıxa biləcək potensiala sahibdir".
Türkiyənin "Manisaspor" klubunda çıxış edən azərbaycanlı futbolçu Sertan Taşkın da favorit olaraq gördüyü komandaları açıqlayıb:
"Favoritim İngiltərə və Fransa milliləridir. Kriştianu Ronalduya simpatiyam olduğu üçün Portuqaliya millisinin çempion olmasını istəyərdim. Ən çox çempionluğunu görmək istədiyim komanda isə Türkiyə millisidir. Həm heyət, həm də oyun tərzinə görə çempion olmağa iddialı komandadır".
AVRO-2024: Futbol mütəxəssislərimiz favoritlərini AÇIQLADILAR
İdman
14, iyn, 2024
16:26

Son xəbərlər
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23