Ramil Şeydayevin Türkiyə klubundakı taleyinə aydınlıq gəldi

İdman
13, iyn, 2024 12:35

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu ilə müqavilə müddətini uzadacaq.
Aftv.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Ertuğrul Sağlam Ramil Şeydayevin "Kocaelispor"da qalmasını istəyib.
Baş məşqçi həmçinin xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də növbəti mövsümdə "Kocaelispor"da çıxış etməsinin tərəfdarı olub.
Qeyd edək ki, Ramil bu ilin yanvarında "Kocaelispor"a keçib.

Son xəbərlər