Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında təlim-məşq toplanışının proqramı barədə məlumat verib və açıqlanan heyətlə bağlı fikirlərini bildirib.
Aftv.az xəbər verir ki, mütəxəssis hazırlığa mayın 30-da başlanılacağını deyib:
"Bütün ölkələrdə mövsümün sonudur. Azərbaycan Premyer Liqasında da mübarizə iki gün əvvəl bitdi. Qarşıda yalnız ölkə kubokunun final görüşü var. Türkiyədə oynayan futbolçularımız üçün də mövsüm bitdi. Ancaq bəzi oyunçularımızın çıxış etdikləri liqalar davam edir. Yer aldıqları çempionatlarda mövsüm bitən futbolçularımız mayın 30-dan iyunun 1-nə kimi toplanışa qatılacaqlar. İyunun 2-si istirahət günü olacaq. Ancaq iyunun 3-dən etibarən tam heyətlə təlim-məşq toplanışına başlayacağıq. Azərbaycan Kubokunun finalında oynayacaq "Qarabağ" və "Zirə"nin oyunçuları, eləcə də müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı iyunun 3-də kollektivə qoşulacaqlar. Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür buradadırlar. Onlar məşqçilərimizin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşırlar".
53 yaşlı məşqçi əlavə edib ki, U-21-in 3 üzvü iyunda Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün A milliyə çağırıla bilər:
"Hər mövqeyə iki futbolçu cəlb etməyi məqsədəuyğun bildik. Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq. Heyətdə yer alanların hamısına şans vermək istəyirik. 24 oyunçudan əlavə ehtiyat qüvvə də nəzərdə tutulub. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində olacaqlar. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra A milliyə cəlb edə bilərik".
Arif Əsədov 3 futbolçunun zədə səbəbindən heyətdən kənarda qaldığını sözlərinə əlavə edib:
"Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun "Neftçi" üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik".
O, bəzi futbolçuların dəvət edilməməsinə və heyətə 4 qapıçının cəlb olunmasına da aydınlıq gətirib:
"Hücumçu Namik Ələskərov uzunmüddətli zədədən qayıtdıqdan sonra yalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı. Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şans verməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir. Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsal İsgəndərlini sınamaq qərarına gəldik. "Sumqayıt"da iki mərkəz müdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və Elvin Bədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzində daha 3 oyunçumuz var. Mövsümün sonu olduğu üçün futbolçularda yorğunluğun olması normaldır. Bunu nəzərə alaraq, hər ehtimala qarşı 4 qapıçıya dəvət göndərmişik. Onlar da klublarının heyətində çox oyun şansı əldə edənlərdir".
Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum"da keçiriləcək.
Bəzi futbolçular milliyə çağırılmadılar: Arif Əsədov məsələyə aydınlıq gətirdi
İdman
28, may, 2024
17:46

Son xəbərlər
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02
İlham Əliyev fərman imzaladı
28, fev, 2025
13:30
Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dən AÇIQLAMA
28, fev, 2025
13:00
Xocalı faciəsi qan yaddaşımız!
26, fev, 2025
08:37
Emil Əhmədov yüksək vəzifəyə təyin olundu
24, fev, 2025
11:30
Azərbaycanda general vəfat etdi (FOTO)
24, fev, 2025
11:23