AFFA-nın xanım mütəxəssisinə UEFA-dan növbəti təyinat

İdman
24, may, 2024 18:02

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Aftv.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Zümrüd Ağayeva qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda mayın 31-də saat 19:00-da keçiriləcək Yunanıstan - Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki "Teodoros Vardinogiannis" stadionunda baş tutacaq.

Son xəbərlər