Balotelli Şahruddinlə komanda yoldaşı olmayacaq

İdman
21, may, 2024 11:45

Türkiyə Super Liqası komandalarından olan "Adana Dəmirspor"un italiyalı hücumçusu Mario Balotelli müqaviləsində uzatma variantından istifadə etməyəcəyini və mövsüm başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.
O, bu barədə argentinalı sabiq futbolçu Serxio Agüeronun sosial şəbəkədə canlı yayımının qonağı olarkən danışıb.
34 yaşlı italyan hücumçu mövsümün sonunda "Adana Dəmirspor"la yollarını ayıracağını deyib.
Balotelli arzusunun "Boka Xuniors" forması ilə "La Bombanera" stadionunda oynamaq olduğunu bildirib.
Xatırladaq ki, bu mövsüm "Adana Dəmirspor"un heyətində 16 matçda iştirak edən Mario Balotelli 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, hazırda komandanın qapısını Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev qoruyur.
Mənbə: Haber Global
Aftv.az 

Son xəbərlər