Ronaldonun "Messi" deyə bağıran ərəblərə cavabı gündəm oldu - VİDEO

İdman
15, fev, 2024 19:59

Səudiyyə Ərəbistanının Pro Liqasında “Əl-Nəssr”in "Əl-Hilal"a 0-2 hesabı ilə məğlub olmasından sonra Kriştiano Ronaldo etirazla qarşılanmışdı.
Aftv.az  xəbər verir ki, azarkeşlərin stadionda “Messi” deyə bağırması müzakirələrə səbəb olmuşdu. Riyad kubokunda “Əl-Nəssr”in finalda məğlub olmasından sonra Ronaldo eyni etirazla qarşılanıb. Sonradan məlum olub ki, Ronaldo final fitindən azarkeşlərin etirazına sərt reaksiya verib. O medalı azarkeşlərə atıb. Lakin həmin an kameraya düşməyib.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanının Pro Liqasında 20 qol vurub.


Son xəbərlər