Azərbaycanın daha dörd cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

İdman
20, may, 2024 11:21

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Aftv.az Cüdo Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), 4 qat Avropa çempionu Hidayət Heydərov (73 kq) və Acelya Toprak (57 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, ilk gündə çıxış edən üç cüdoçu medal qazana bilməyib. Mundial mayın 24-də başa çatacaq.

Son xəbərlər