"Qarabağ" rekordunu təkrarladı

İdman
13, may, 2024 14:06

"Qarabağ" Azərbaycan Premyer Liqasında rekordunu təkrarlayıb.
Aftv.az xəbər verir ki, Ağdam təmsilçisi buna XXXIV turda "Zirə"ni səfərdə 1:0 hesabı ilə məğlub etməklə nail olub.
"Köhlən atlar" çempionatda 2023/2024 mövsümündə 91-ci qolunu vurub. Ölkə çempionu bununla da tarixinin rekordunu təkrarlayıb.
Ağdamlılar 2022/2023 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.
Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

Son xəbərlər