Konor Makqreqor və Maykl Çendler arasında döyüşün bilet qiymətləri açıqlandı

İdman
10, may, 2024 19:59

Konor Makqreqor və Maykl Çendler döyüşünü izləmək istəyənlər 1 200 ABŞ dolları ödəməli olacaqlar.
Məlumata görə, iyunun 29-da Oktaqonda keçiriləcək döyüşə biletlərin ən ucuzunun 1 216 dollar olduğu bildirilib.
Orta yerlərə bilet qiymətinin 1500-3000 dollar arasında dəyişdiyi və VIP yerlərin isə 14 500 dollardan başladığı qeyd olunub.
Qeyd edək ki, bu bilet qiymətləri MMA və UFC tarixində rekord olub.
Mənbə: Marca.com
Aftv.az

Son xəbərlər