Ulu Öndərin adına həsr olunan müsabiqədə həmkarımızın övladı yüksək mükafata layiq görülüb

İdman
9, may, 2024 12:06

"Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "Gənc Sima" İctimai Birliyinin tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan "Poliqon" Strateji İntellektual yarışması keçirilib.

İntellektual yarışmada jurnalist Azər İsrafilovun qızı Məleykə İsrafilzadə 2-ci yer tutub. "Böyük Qayıdış" Gənclər Təşkilatının sədri Nail Şükürov yarışmada yer tutan gəncləri təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Aftv.az

Son xəbərlər