Azərbaycan Kuboku: “Neftçi” finala gedən yolda “Qarabağ”ı keçə biləcəkmi?

İdman
24, apr, 2024 15:51

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaqlar.
Aftv.az-ın məlumatına görə, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.
İlk olaraq “Qəbələ” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb - 2:1.
İkinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. “Qarabağ” - “Neftçi” oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini dörd cavabsız qolla üstələyib.

Son xəbərlər