Xanım şahmatçımız Avropa çempionatında itkisiz irəliləyir

İdman
23, apr, 2024 14:06

Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında IV turun oyunları keçirilib.
Aftv.az xəbər verir ki, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qələbəsini qazanıb.
Hesabat turunda Ü.Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı 4-cü turu qələbə ilə başa vurub.
Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən təmsilçimiz Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşürlər. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla Martin Qarsiyaya qarşı mübarizə aparacaq.

Son xəbərlər