"Fənərbaxça" "Olimpiakos"a penaltilərdə uduzdu - VİDEO

İdman
19, apr, 2024 11:59

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan son komanda bəlli olub.
Aftv.az xəbər verir ki, Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 3:2 hesabı ilə uduzan "Fənərbaxça" bu dəfə eyni rəqiblə İstanbulda üz-üzə gəlib. "Sarı-lacivərdilər" əsas və əlavə vaxtda 1:0 üstün olduğu üçün penaltilər seriyası oynanılıb. Burada isə daha dəqiq oynayan yunanlar (3:2) adını yarımfinala yazdırıblar.
"Olimpiakos" 1/2 finalda İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.
Yarımfinalın digər görüşündə isə "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) üz-üzə gələcək.


Son xəbərlər