Çempionlar Liqası: "Bavariya" və "Real" yarımfinalda - VİDEO

İdman
18, apr, 2024 12:12

UEFA Çempionlar Liqasında yarımfinala yüksələn son iki komandanın adına aydınlıq gəlib.
Aftv.az xəbər verir ki, "Bavariya" doğma meydanda İngiltərə "Arsenal"ı ilə qarşılaşıb. Matç almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün münxenlilər mərhələni adlayan tərəf olublar.
Günün digər oyununda "Mançester Siti" və "Real Madrid" üz-üzə gəlib. İlk matçda (3:3) olduğu kimi, bu görüş də (1:1) heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qapılara qol vurulmadığı üçün penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan "Real Madrid" (4:3) yarımfinala vəsiqə qazanıb və "Bavariya"nın rəqibi olub.
Qeyd edək ki, yarımfinalın digər görüşü "Borussiya Dortmund" (Almaniya) və PSJ (Fransa) arasında baş tutacaq.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00