Gürcüstan millisi Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazandı

İdman
27, mar, 2024 12:14

Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb.
Aftv.az xəbər verir ki, futbol üzrə Gürcüstan milli komandası 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək. Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin final oyununda Yunanıstan millisini məğlub edib. Hesabın taleyi penaltilər seriyasında həll olunub:
Gürcüstan yığması penaltilər seriyasında 4 qol vurub, yunanlar isə Gürcüstan komandasının qapısına cəmi 3 qol vura bilib.

Son xəbərlər