Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək

İdman
26, mar, 2024 11:29

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Aftv.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna kollektivi ilə üz-üzə gələcək.
“Qarabağ Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü xorvatiyalı Dario Bel idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.

Son xəbərlər