Azərbaycanın batut gimnastikası tarixində bir ilk

İdman
25, mar, 2024 15:02

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Aftv.az xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə əldə etdiyi ilk lisenziyadır.
Beləliklə, gimnastika yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.
Xatırladaq ki, daha əvvəl bədii gimnast Zöhrə Ağamirova da olimpiya lisenziyasına sahib çıxıb.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30
İlham Əliyev fərman imzaladı
28, fev, 2025 13:30